вторник, 21 июня 2016 г.

Nəticə

l. Tolstoyun aşağıdakı sözləri ilə yekunlaşdırıram.
   -" Söz böyük şeydir Ona görə boyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaqda ,
sözlə  məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də. 

Araşdırma.

Söz varki , adamı yola gətirər , söz varki, adamı eldən itirər.
  Bizim həyətdə Ramil adında  bir oğlan yaşayır . Bu oğlan öz yaşıdları arasında " gobud" ləqəbi ilə çağrılırdı .Birgün babam onu yanına çağırıb dedi ki, sən artıq böyük oğlansan  valideyinlərin sənin vətəninə elinə layiqli bir insan olmağını gözləyir. Əgər sən böyüyüb vətənə layiqli bir oğlan olmasan torpağımız düşmən tapdağı altında qalar .Ramil bu sözlərdən nəticə çıxarıb, xeyli düşündü .Babamın bu sözlərindən sonra Ramil  yaxşılığa doğru dəyişdi.

понедельник, 20 июня 2016 г.

Sözün qüdrəti haqqında məlumat

Biz həyatımızda sözün necə xaruqələr yaratdığını başa düşürük.Biz belə bir atalar sözü ilə başlamaq istərdik:Sözü düz olanın özü də düz olar.Sözü müdrik olanın özü də müdrik olar.                                   Xalq müdrikliyinin ifadəsi olan atalar sözləri həm yığcam,həm də dərinmənalı olur.İllərin ,əsrlərin sınağından çıxan bu hikmətli sözlər bizə doğru yol gostərir.Az sözlə çox məna bildirən bu ifadələr əsl nikmət xəzinəsidir.Atalarımız hər ifadədə bizlərə dəyərli öyüd və nəsihətlər verirlər.                              Dilimizdə bu gün də yeni atalar sözləri yaranır.Biz xalqın hikmət xəzinəsini qorumalı,gələcək nəsillərə ötürməliyik.
Ulu öndərin bir ifadəsi də dillərdə  əzbərdir."Hər bir insanın milli mənsubiyyəti onun qürur  mənbəyidir  .Mən fəxr edirəm ki, azərbaycanlıyam".Azərbaycan xalqı da fəxr edir ki,onun Heydər Əliyev kimi böyük oğlu var.